“Sabah” - “Vikinq” oyununa hakim təyinatları açıqlandı

2.11.2026 13:13 18
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Vikinq” (Norveç) – “Sabah” matçına hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FIFA referisi Sander van der Eyk olacaq. Ona Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim vəzifəsini isə Coui Koy yerinə yetirəcək.

Norveçdə oynanılacaq qarşılaşma noyabrın 4-dən 5-ə keçən gecə Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.