“Qarabağ” - “Sumqayıt” matçı 5 manata

15.10.2022 12:02 356
Premyer-liqa
Misli premyer-liqasının 10-cu turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün saat 11.00-dan etibarən satışa çıxarılıb.

Football-plus.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri bu gün yalnlz iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündü.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq. Matç saat 17.30-da başlayacaq.