“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Napoli” - “Qarabağ” matçı üçün İtaliyaya yola düşüb.
"Football-plus.az" xəbər verir ki, bu barədə komandanın sosial şəbəkə hesabında paylaşım edilib.
Xatırladaq ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 25-dən 26-a keçən gecə, saat 00.00-da Neapolun “Dieqo Armando Maradona” stadionunda keçiriləcək. Dörd turdan sonra “Qarabağ” 7 xalla 15-ci, “Napoli” isə 4 xalla 24-cü yerdədi.