"Baku Sportinq" baş məşqçi Samir Ələkbərovla yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ələkbərovla yanaşı, qapıçılar üzrə məşqçi Davud Əsgərovun da işinə son verilib. Hər iki mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Baku Sportinq" 1-ci liqada keçirdiyi 5 oyunun hamısında uduzub və sonuncu pillədə qərarlaşıb.
"Baku Sportinq" baş məşqçi ilə vidalaşdı
Ölkə futbolu





