Start heyətləri açıqlandı

25.11.2025 22:55 30
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda qarşılaşacaq "Napoli" (İtaliya) və "Qarabağ"ın start heyətləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, "Dieqo Maradona" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00.00-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaq:

"Napoli": Milinkoviç Saviç, Alessandro Buoncorno, David Neres, Skott Maktominey, Amir Rahmani, Matias Olivera, Rasmus Hoylunn, Covanni Di Lorenso (k), Sam Byokema, Stansislav Lobotka, Noa Lanq

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdulla Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Çelsi” ilə oyunla müqayisədə “Qarabağ”ın heyətində bir dəyişiklik var. Qurban Qurbanov bu dəfə zədəli Kadinin əvəzinə Addaiyə şans verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul