“Bu oyunda komandamızdan razı qalmadıq” – Yunis Hüseynov

25.04.2025 21:45 17
Ölkə futbolu / Manşet
“Turan Tovuz” Misli premyer-liqasının 32-ci turunda “Şamaxı” ilə heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, meydan sahiblərinin məşqçisi Yunis Hüseynov oyundan sonra jurnalistlər önünə çıxıb.

- Qələbə qazanmaq istəyirdik. Bizə 3 xal lazım idi. Ötən oyunda da özümüz-özümüzə epizodlar yaratdıq və qol buraxdıq. Qarşıdakı oyunlara ciddi hazırlaşmaq lazımdı. Bu oyunda komandamızdan razı qalmadıq.

- “Sabah”a qalib gəlirsiz, “Səbail”, “Şamaxı” ilə oyunlarda xal itirirsiz…
- Xallar itirməsəydik, bəlkə də 2-ci yerdə olardıq. Bu barədə danışırıq. Belə komandalara qarşı oyunda futbolçulara tam ciddi olmağı tapşırırıq. Oyunlarımız tam yaxşı alınmır. Hər oyundan sonra Kurban Berdıyev futbolçularla danışır. Bunun öhdəsindən gələ bilmirik.

- “Karvan” yüksək liqaya vəsiqəni təyin etdi. Yenidən orda işləmək istəyərsiz?
- Hər birinə uğurlar arzulayıram. Bu yaxşı bir haldı. “Turan Tovuz”da özümü xoşbəxt hiss edirəm. Berdiyevə kömək edirəm.

- Futbolçular geridə nə axtarır?
- Hücumda çoxala bilmirdik. Baş məşqçi dəfələrlə deyir ki, irəli atılın. Hücumda top saxlamaqda çətinlik çəkirik. Futbolçularımızda bacarıq baxımdan gerilik var. Qollarımızı çətinliklə vururuq.

- “Qarabağ”ın finalda qələbə qazanmasını gözləyəcəksiz?
- Qarşıda 4 oyun var. Fikrimiz 3-cü yeri təmin etməkdi. Son oyunlarda hər şey dəyişə bilər. Avrokuboklara çıxmağı arzulayırıq. Klubumuzun rəhbəri bizim üçün bütün şəraiti yaradıb. Komandamızın buna nail olacağına ümidliyəm.

- Səlahət sahibi olsaydız, “Turan Tovuz”dan neçə futbolçunu göndərərdiz?
- Qarşıda oyunlarımız var. Onların daha istəkli olacağına inanıram.

ƏSƏD SEYİDOV