"Sadə səhvdən qapımızda qol gördük" - Azər Bağırov

12.09.2026 22:40 117
Ölkə futbolu / Manşet
"Şamaxı" Misli premyer-liqasının 5-ci turunda səfərdə "Sumqayıt"la heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında matç haqda fikirlərini bildirdi:

"Çox çətin oyun olacağını düşünsək də, futbolçular yaxşı oyun keçirdilər. Sadə səhvdən qapımızda qol gördük. Belə halların olması futbolda normaldı. Səfərdə oynamaq daha çətindi. Səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik. "Araz-Naxçıvan"la növbəti matçda psixoloji cəhətdən sıxıntımız olacağını düşünmürəm".