Uzun illər ''Qalatasaray''ın şərəfini qorumuş, 2025-dən bu yana isə ''Estudiantes''in uğurları üçün tər tökən Fernando Muslera komandasının tarixi uğurunda mühüm rol oynayıb.
"Football-plus.az" xəbər verir ki, dünən Libertadores kubokunda ikinci finalçı bəlli oldu. İkinci yarımfinalın cavab oyununda ''Estudiantes'' ''Flamenqo''nun qonağı oldu.
Argentinadakı ilk qarşılaşma qolsuz başa çatdığından ''Flamenqo'' evdə aşkar favorit hesab olunurdu. Amma bu dəfə də 90 dəqiqəlik mübarizə qolsuz yekunlaşdığından qalib penaltilər seriyasında müəyyənləşdi. Bu futbol lotoreyasına isə məhz Muslera damğa vurdu. 40 yaşlı uruqvaylı qapıçı turnirin son qalibi statusunda ölən rəqiblə oyunda 3 penalti dəf edərək mükəmməl performans ortaya qoydu.
Beləliklə, penaltilər seriyasında 3:2 üstün olan ''Estudiantes'' 2009-dan bu yana birinci, tarixində 6-cı dəfə bu turnirin finalına yüksəldi. Libertadores kubokunun dördqat qalibi olan ''Estudiantes'' finalda Braziliyanın digər nəhəngi ''Palmeyras'' ilə qarşılaşacaq.
Beləliklə, Türkiyədə 19 titul qazanan Muslera ''Estudiantes''lə artıq 3-cü titulunu qazana bilər. La Plata şəhərinin təmsilçisi bu qapıçı ilə ötən il klausuranın və ölkə kubokunun qalibi olmuşdu.
40 yaşlı Muslera 3 penalti dəf etdi, ''Estudiantes'' 2009-dan bu yana ilk dəfə finala yüksəldi
Dünya futbolu





