“Standart vəziyyətlərdən çəkindik və standart vəziyyətdən qol buraxdıq” - Kurban Berdiyev

18.10.2026 17:40 27
Ölkə futbolu / Manşet
Premyer-liqanın 8-ci turunda “İmişli”nin qonağı olan “Turan Tovuz” minimal hesabla məğlub olub.

Matçdan sonra “bozqurd”un məşqçisi Kurban Berdıyev mətbuat konfransı keçirib.

- “İmişli” layiqli qələbə qazandı. Biz standart vəziyyətlərdən çəkindik və standart vəziyyətdən qol buraxdıq. Halbuki bu yöndə çalışmışdıq. Əldə olan imkanlardan yararlana bilmədik.

- Rəqib standart vəziyyətdən fərqlənsə də, sizin də ən güclü silahiniz standart vəziyyətdi. Bəs niyə siz standart vəziyyətlərdən yararlana bilmədiz?
- Çoc işləyirik. Amma hər dəfə alınmır. Bu gün də, təəssüf ki, alınmadı.

İSRAYIL XEYRULLAYEV