“Zirə”ni hakimlər daha çox sevir, tam onların yanında olur” - Yuri Vernidub

30.08.2026 23:19 3
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 3-cü turunda “Neftçi” "Zirə" səfərindən məğlub ayrılıb – 0:1.

"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matç haqda fikirlərini bildirdi.

- Bu gün biz məğlub olduq. Bu futboldu belə şeylər olur. ayrı danışılası məqamlar olmadı. Buna görə ruhdan duşmək lazım deyil. Ruhdan düşməyə ehtiyac yoxdu. Hər şey qabaqdadı.

- “Neftçi” 90 dəqiqə ərzində real qol vəziyyəti yaratmadı. Qələbə qazanmaq istəyən komanda belə etmir…
- Deyəsən, fərqli oyun izləmişik. Bir neçə məqamımız oldu. Lakin bitirə bilmədik. Başqa oyunlarda belə epizodlarımız olacaq.

- Hansı epizodu deyirsiz? Sanki “Dinamo Minsk” ilə oyun təkrarlandı. Futbolçular tələsirdi. Alındıra bilmirdilər…
- Hər oyun bir-birinə bənzəyə bilməz. Fərqli olur. Ötən dəfə daha çox şansımız oldu. Nəzərə alsaq ki, 20 dəqiqədən çox azlıqda oynasaq da, əlimizdən gələni etdik. Həm də onu bildirmək istəyirəm ki, futbolçularımın oyuna yanaşmasını bəyəndim. Sona qədər mübarizə apardılar. Lakin 48-ci dəqiqədə səhv etdilər. Analiz edib, bu səhvləri aradan götürmək lazımdı.

- İlk hissədən fərqli ikinci hissədə daha mübariz “Neftçi” gördük. Sizin ilk dəqiqələrdə “Zirə”dən çəkindiyinizi söyləmək olar?
- Mən daha fərqli qeyd edərdim. “Zirə”nin ilk hissədə bir qoldan başqa epizodu oldu? Biz də bu matçda təzyiq yarada bilmədik. Topu rəqibə verməməlisən ki, təzyiq yaratmasın. Rəqib bu gün uzun ötürmələrlə oynayırdı. Nə onlara, nə də bizə şans gətirdi. Sadəcə vurulan qol rəqibə motivasiya gətirdi. Bəzi oyunçularımız oynaya bilmədi, kim niyə vura bilmədi, bu bizim səhvimizdi. Analizlər edib, boşluqları aradan götürəcəyik.

Mətbuat konfransından çıxarkən Yuri Vernidub “Zirə”ni hakimlər daha çox sevir, tam onların yanında olur” ifadəsini səsləndirdi.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul