MOİK və "Mingəçevir" qələbə qazandı

16.10.2025 17:30 15
Ölkə futbolu / Manşet
Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasının 5-ci turunda daha üç oyun keçirilib.

"Football-plus.az" xəbər verir ki, MOİK "Cəbrayıl"ı, "Şahdağ Qusar" "Difai"ni, "Mingəçevir" "Şimal"ı məğlub edib. Tura sabah baş tutacaq "Baku Sportinq" - "Şəfa" oyunuyla yekun vurulacaq.

Xatırladaq ki, dünən "Zaqatala"nı məğlub edən "Səbail" liderliyə yüksəlib.

15 oktyabr
Səbail – Zaqatala 1:0

Kamran Quliyev, 84
Bakı, “ASCO Arena”. Saat 16.00.

16 oktyabr
MOİK – Cəbrayıl 4:1

Seyxan Fərəcov, 8; 48-p. 60. Elmar Məmmədov, 52 - Tapdıq Əhmədov, 77
Qırmızı vərəqə: Zeynəddin Abdurahmanov, 64 (MOİK)
Binə, qəsəbə stadionu. Saat 14.30.

Difai – Şahdağ Qusar 1:2
Hacıəli Şirəliyev, 33 - Sənan Ağalarov, 38. Famil Camalov-p. 41
Ağsu, şəhər stadionu. Saat 14.30.

Mingəçevir – Şimal 3:1
Mingəşevir, Yusif Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). Saat 14.30.
Abba Usman, 42; 57. Rəhim Cəfərli, 55 - Xəyal Bədirov, 17

17 oktyabr
Baku Sportinq – Şəfa

Buzovna, qəsəbə stadionu. Saat 14.30.

Xal durumu: Səbail - 13, Şəfa – 12, Mingəçevir - 10, Baku Sportinq – 8, Şahdağ Qusar, Zaqatala – 7, MOİK - 4, Cəbrayıl – 3, Şimal – 2, Difai – 1.

Bombardirlər: Seyxan Fərəcov (MOİK) - 5, Ruslan Vorontsov (Şahdağ Qusar), Emin Zamanov, Amir Ebrahimzadə (hər ikisi “Şəfa”) – 3.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul