"Şəfa" qalib gəldi, "Səbail" uduzdu! - YENİLƏNİB

27.11.2025 16:57 16
Ölkə futbolu / Manşet
Bu gün keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 9-cu tura yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, MOİK "Difai"ni, "Şəfa" "Şahdağ Qusar"ı, "Cəbrayıl" isə "Səbail"i məğlub edib.

Xatırladaq ki, turun ilk oyun günündə "Zaqatala" və "Baku Sportinq" qələbə qazanıb.

27 noyabr
Difai – MOİK 1:2

Kamil Qardaşlı, 11 - Seyxan Fərəcov, 24; 56
Ağsu, şəhər stadionu. Saat 14.30.

Şahdağ Qusar – Şəfa 0:2
Pərviz Azadov, 43. Elnur Cəfərov, 70
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.

Səbail – Cəbrayıl 0:2
Andzuno Eli, 49. Dileyn Açimi, 82
Bakı, “ASCO Arena”. Saat 15.00.

26 noyabr
Mingəçevir – Baku Sportinq 1:2

Qollar: Xəyal Muradov, 4 - İlham Allahverdiyev, 78; Xəyyam Məmmədli, 85
Qırmızı vərəqə: Rəhim Cəfərli, 75 (Mingəçevir).
Mingəçevir, Yusif Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). Saat 14.00.

Şimal – Zaqatala 0:4
Cavad Kərimov, 7; 38. Roini İsmayılov, 56. Matondo Lumbu Preddi, 72
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.

1. Şəfa 9 7 2 0 23-7 23
2. Səbail 9 5 3 1 10-5 18
3. Mingəçevir 9 5 1 3 17-11 16
4. Zaqatala 9 5 1 3 12-10 16
5. Baku Sportinq 9 4 4 1 15-9 16
6. Cəbrayıl 9 4 0 5 18-14 12
7. Şahdağ Qusar 9 3 1 5 11-15 10
8. MOİK 9 2 2 5 9-14 8
9. Difai 9 1 2 6 11-18 5
10. Şimal 9 0 2 7 6-29 2

Bombardir: Seyxan Fərəcov (MOİK) – 7.