“Neftçi” əsas mərhələdə ilk qələbəsini qazandı - FIBA Avropa Kuboku

21.10.2025 23:08 9
İdman
“Neftçi”nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində 1-ci qrupun ikinci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” Bakıda Estoniyanın “Kalev” kollektivini qəbul edib.

Qarşılaşma “Neftçi”nin 95:84 hesablı qələbəsi ilə qurtarıb.