“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” təsnifat mərhələsinin cavab görüşündə Estoniya “Parnu”su ilə üz-üzə gələcək.
Səfərdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Bakıda baş tutan ilk matçda “Neftçi” rəqibini 80:67 hesabı ilə məğlub edib.
Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.
“Neftçi” “Parnu”nu səfərdə də yenə biləcəkmi?
İdman






