"Sabah"ın Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

3.09.2024 13:30 302
Ölkə futbolu
Gənclər Liqasının püşkatması keçirilib.

"Football-plus.az" xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək "Sabah"ın da rəqibi bəlli olub.

Mübarizəyə 2-ci mərhələdən başlayacaq “Sabah”ın U-19 komandası İsveçrə “Bazel”i ilə qarşılaşacaq. İlk oyun oktyabrın 23-də səfərdə, cavab oyunu isə noyabrın 6-da Bakıda keçiriləcək.

Bu cütün qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.