“Araz-Naxçıvan” ilkin mərhələdə son oyununa çıxır

24.08.2024 13:09 330
İdman
"Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Vitali Borisovun komandası B qrupunda İsveç “Uddevalla”sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk matçında Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”a 7:1, Estoniya çempionu “Sillamae Silla”ya isə 7:0 hesabı ilə qalib gəlib.