Millinin qapıları Puxaç üçün açıldı

18.09.2026 13:41 18
Ölkə futbolu
"Sabah"ın müdafiəçisi Timoteuş Puxaç Millətlər Liqasının qarşıdakı oyunları üçün Polşa millisinin heyətinə çağırılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyası məlumat yayıb.

Millinin baş məşqçisi Yan Urban 27 yaşlı futbolçunu sentyabr-oktyabr toplanışının heyətinə daxil edib.

Bununla da, Puxaç təxminən iki ildən sonra Polşa millisinin heyətinə qayıdıb. O, sonuncu dəfə 2024-cü il noyabrın 18-də millidə oynayıb. Puxaçın debütü isə 2021-ci il iyunun 1-də Rusiya ilə yoxlama görüşündə (1:1) olub.

Polşa millisi qarşıdakı toplanış çərçivəsində Millətlər Liqasında 4 oyun keçirəcək. Sentyabrın 25-də Bosniya və Herseqovinanı qəbul edəcək komanda sentyabrın 28-də səfərdə İsveçlə, oktyabrın 2-də evdə Rumıniya ilə qarşılaşacaq. Oktyabrın 5-də isə Bosniya və Hersoqovina ilə səfərdə oynayacaq.