Fransa çempionatında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbolçular İttifaqı (UNFP) məlumat yayıb. Ötən ayın ən yaxşı oyunçusu PSJ-nin hücumçusu Ferran Torres seçilib. 26 yaşlı ispaniyalı səsvermədə iştirak edənlərin 40 faizinin dəstəyini qazanıb. “Monako”nun hücumçusu Paris Brunner 32 faiz səslə 2-ci, “Paris”in forvardı Lassine Sinayoko isə 28 faizlə 3-cü olub.
Torres sentyabr ayında Liqa 1-də 3 oyunda meydana çıxıb və 2 qol vurub. Onun ən yaddaqalan çıxışı sentyabrın 20-də “Marsel”lə qarşılaşmada qeydə alınıb. Ehtiyat oyunçular skamyasından meydana daxil olan hücumçu qol vuraraq PSJ-nin 2:1 hesablı qələbəsini təmin edib.
Liqa 1-də hamını arxada qoydu
Dünya futbolu




