Türkiyənin gənclər yığması AÇ-2027-nin seçmə mərhələsində sonuncu - 8-ci oyununu keçirdi.
Qardaş ölkənin gəncləri ''Fatih Terim'' stadionunda macarıstanlı həmyaşıdları ilə qarşılaşdı və görüş qolsuz başa çatdı. Türkiyə bununla da 3 qələbə, 4 heç-heçə, 1 məğlubiyyətlə qrupu 13 xalla - Xorvatiyanın ardından 2-ci pillədə tamamladı və pley-offa vəsiqə qazandı.
Qeyd edək ki, 9 qrupun lideri, 2-ci pilləni tutanlar arasında ən yaxşı bir komanda və iki ev sahibi turnirə birbaşa vəsiqə qazanır. Turnir gələn ilin yayında Albaniya və Serbiyanın ev sahibliyi ilə keçiriləcək. Son 4 komanda isə pley-offda bəlli olacaq.
Türkiyənin pley-offdakı rəqibi oktyabrın 9-da baş tutacaq püşkatmadan sonra bilinəcək. ''Ay-ulduzlular'' pley-off səddini də uğurla adlasa, tarixdə cəmi ikinci dəfə AÇ-nin final mərhələsində iştirak edəcək. Türkiyəli gənclər indiyə qədər bunu yalnız 2000-ci ildə bacarıblar.
Türkiyənin gəncləri pley-offa vəsiqə qazandı
Dünya futbolu





