Bu yay “Qarabağ”a transfer olunan, özünü yaxşı tərəfdən göstərən, perspektivi ilə diqqəti çəkən Renaldo Sefas Yamayka millisindən dəvət almışdı. Amma sentyabrın 29-da Hondurasla oyunda zədələnib.
Daha əvvəl Sefasın zədəsi ilə bağlı məlumat vermiş, onun durumunun MRT yoxlamasından sonra bəlli olacağını yazmışdıq. Bu gün klubdan əldə etdiyimiz məlumata görə, Renaldonun MRT nəticələrində əhəmiyyətli dəyişiklik aşkarlanmayıb. Futbolçu 3-4 gün ərzində klubun tibbi və məşqçi heyətinin nəzarəti altında məşqə qatılacaq.
İSRAYIL XEYRULLAYEV
“Qarabağ”ın futbolçusunun durumu bəlli oldu – tezliklə məşqə qatılacaq
Ölkə futbolu






