Cadugər Cud... - Mbappe ilə Vinisius qədər maaş alacaq

7.10.2026 23:59 36
Dünya futbolu
Cud Bellingemin “Real”da daha uzun müddət çıxış etmək imkanı var.

İspaniya klubu yarımmüdafiəçi ilə yeni müqavilə üzrə aparılan danışıqlarda irəliləyiş əldə edib. “TEAMtalk”un məlumatına görə, rəhbərlik 23 yaşlı futbolçu ilə müqavilənin müddətini daha iki il - 2031-ci ilin yayına qədər uzatmaq istəyir.

Deyilənə görə, “kral klubu” həmçinin Cudun illik maaşını 20 milyon avrodan 30 milyona yüksəltməyə hazırdı. Yeni müqavilə imzalanacağı halda ingiltərəli futbolçu Kilian Mbappe və Vinisius Juniorla eyni səviyyədə maaş alacaq.

Bellingem Madrid klubunun formasını 2023-cü ilin yayından geyir. O, cari mövsümdə bütün turnirlərdə 8 oyunda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə verib. “Transfermarkt”ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin hazırkı bazar dəyəri 160 milyon avrodu.