Bellingem “Real”da daha neçə il oynayacaq?

5.10.2026 14:35 36
Dünya futbolu
Cud Bellingem “Real” ilə müqaviləsini yeniləməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, tərəflər yeni uzunmüddətli müqavilənin şərtlərini, demək olar ki, razılaşdırıblar. İngiltərəli futbolçu ilə yeni sözləşmənin müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Bellinqem “Real”ın formasını 2023-cü ilin yayından geyir. 23 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2029-cu il iyunun sonuna qədərdi.