“Formula-1”in sentyabrın 26-da keçirilən Bakı mərhələsinə çoxlu maraqlı hadisə baş verdi. Amma...
Həmin gün Dənizkənarı Milli Parkın ərazisində bir maraqlı hadisə də baş verib. 2004-cü il təvəllüdlü K.L. yarış üçün qurulan hasardan aşaraq trassa keçməyə cəhd edib. K.L. hasarı keçəndən sonra saxlanılıb və polis şöbəsinə aparılıb. İş materiallarında onun bunu yarışı yaxından izləmək məqsədilə etdiyi qeyd olunur. K.L. məhkəmədə özünü təqsirli bilməyib və işə xitam verilməsini istəyib.
Nəticədə məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək 8 gün müddətinə həbs edib. Bu gün isə oktyabrın 7-di. Yəni “qəhrəman” cəza müddətini başa vuraraq azadlığıa çıxıb. Yəqin bir də hasardan tullanmaz...
ORXAN
“Formula-1”ə görə hasardan tullandı, 8 sutka “yatdı”
Aktual / İdman






