Bundestimdə daha bir itki

6.10.2026 20:01 9
Dünya futbolu
Almaniya yığması daha bir itki ilə üzləşib. Müdafiəçisi Niko Şlotterbek zədələnib.

"Football-plus.az" xəbər verir ki, futbolçu son məşqdə topuq nahiyəsindən xəsarət alıb. O, dərhal MRT müayinəsindən keçirilib. Zədə səbəbindən  milli komandanın düşərgəsini tərk edən Şlotterbek Millətlər Liqasında Serbiya və Yunanıstana qarşı keçiriləcək oyunlarda iştirak etməyəcək.

İlkin qiymətləndirməyə görə, futbolçunun zədəsi builki dünya çempionatında aldığı xəsarətdən daha yüngüldü və cərrahi müdaxiləyə ehtiyac olmayacaq.
Xatırladaq ki, Niko mundialın qrup mərhələsinin 2-ci turunun Kot d’İvuar ilə oyununun (2:1) 13-cü dəqiqəsində zədələnmişdi. Ağrıkəsicilərin köməyi ilə ilk hissəni başa vuran müdafiəçinin müayinəsi zamanı dizinin medial bağında yırtıq aşkarlanmışdı.

Əlavə edək ki, bundestim ondan əvvəl hücumçu Kay Havertsi və Camal Musialanı da zədə səbəbindən itirmişdi. Futbolçular artıq klublarının düşərgəsinə - uyğun olaraq “Arsenal”a və “Bavariya”ya qayıdıblar.