Kay Havertsin səhhəti ilə bağlı məlumat yayılıb. O, zədə səbəbindən Almaniya yığmasının düşərgəsini tərk edib.
27 yaşlı hücumçu Millətlər Liqasının Niderlanda qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyununda zədələnib. O, 30-cu dəqiqədə əvəzlənmişdi. Havertsin budunun arxa əzələsində zədə aşkarlanıb. Artıq “Arsenal”a qayıdan futbolçu müalicə-bərpa prosesini klubda davam etdirəcək.
Almaniya yığması növbəti oyunlarını sentyabrın 27-də Yunanıstana, oktyabrın 1-də Serbiyaya və oktyabrın 4-də yenidən Yunanıstana qarşı keçirəcək.
Bundestimi tərk etdi
Dünya futbolu






