Bundestimdə itki

13.10.2024 22:53 234
Dünya futbolu
Almaniya yığmasının oyunçusu Kris Fürix zədələnib.
O, Millətlər Liqasının 3-cü turunun Bosniya və Hersoqovina ilə matçında sıradan çıxıb.

26 yaşlı yarımmüdafiəçi bu səbəbdən milli komandanın heyətindən kənarlaşdırılıb. Bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb. Kris zədə səbəbindən Millətlər Liqasının 4-cü turunun Niderlandla matçında komandasına kömək etməyəcək.

Qeyd edək ki, Fürix Almaniya yığmasında 6 oyun keçirib.