İngiltərə yığmasında itkilər sıralanır.
"Football-plus.az" xəbər verir ki, Niko O’Rayli zədə səbəbindən milli komandanın düşərgəsin tərk edib. 21 yaşlı futbolçu “Mançester Siti”yə qayıdıb və Millətlər Liqasının qalan oyunlarında iştirak etməyəcək. O’Rayli İngiltərənin Çexiya üzərində 2:0 hesablı qələbə qazandığı oyunu buraxmışdı.
Futbolçu Xorvatiyaya və Çexiyaya qarşı keçiriləcək növbəti oyunda iştirak etməyəcək. O, zədəsinin ciddilik dərəcəsini müəyyənləşdirmək üçün əlavə müayinədən keçəcək.
Qeyd edək ki, Niko İngiltərənin Millətlər Liqası oyunları üçün ilkin heyətindən ayrılan 6-cı futbolçudu. Ondan əvvəl Koul Palmer, Deklan Rays, Markus Reşford, Kobbi Maynu və Tino Livramento komandanın düşərgəsini tərk etmişdi.
İngiltərə yığmasından 6-cı oyunçu da ayrıldı
Dünya futbolu






