Almaniya yığması Kay Haverts, Camal Musiala və Niko Şlotterbekdən sonra daha bir oyunçunun xidmətindən məhrum olub.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın vingeri Serj Qnabri Millətlər Liqasında Yunanıstanla keçiriləcək oyundan əvvəl milli komandanın düşərgəsini tərk edib. 31 yaşlı futbolçu cümə günü günorta saatlarında Hertsoqenauraxdakı məşq düşərgəsindən ayrılaraq Münhenə qayıdıb.
Almaniya Futbol İttifaqının yaydığı məlumata görə, qərar futbolçunun yükünün planlı şəkildə idarə olunması ilə bağlıdı. UEFA qaydalarına əsasən, Salonikidə keçiriləcək matç üçün yalnız 23 futbolçu sifariş oluna bilər. Bu səbəbdən məşqçilər heyəti oyun üçün yekun heyəti müəyyənləşdirib.
Qeyd edək ki, Qnabri Almaniyanın Millətlər Liqasında keçirdiyi hər üç oyunda iştirak edən yeganə alman futbolçu olub. O, Serbiya ilə son matçda ilk dəfə bundestimin kapitanı kimi meydana çıxıb. Almaniya həmin oyunda 2:0 hesabı ilə qalib gəlib.
Bundestimdə daha bir itki
Dünya futbolu






