Kriştiano Ronaldo yığma karyerasındakı gələcəyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda klubu ilə məşqlərdə iştirak etmək qərarına gəlib.
Portuqaliya Futbol Federasiyası bu aralar baş məşqçi Jorje Jezuş ilə Kriştianonu bir araya gətirmək istəyir. Təcrübəli mütəxəssis buna razılıq versə də, futbolçudan hələ ki, bir cavab gəlməyib. Yığmanın düşərgəsini icazəsiz tərk etdikdən sonra bir neçə gün Madriddə dincələn 41 yaşlı ulduz dünən Səudiyyə Ərəbistanına qayıdıb.
O, bu ölkəyə qayıdan kimi şərəfini qoruduğu ''Əl-Nəssr''in məşqində iştirak edib. Bu barədə klubun rəsmi sosial şəbəkə səhifələrində paylaşım edilib. Orda məşqdən görüntülərə yer verilib.
Son vaxtlar saçını sarı rəngə boyayan Ronaldonun bu imicdən imtina edərək belə desək, ənənəvi görünüşünə qayıtması diqqət çəkib. ''Əl-Nəssr''in' ''iks'' səhifəsindəki paylaşımında Ronaldo ilə bağlı ''Tarixin ən yaxşısı. ''Əl-Nəssr''də, Nəcdin qəlbində'' sözləri qeyd olunub.
Ronaldo geri döndü
Dünya futbolu





