Puxaç darmadağını kənardan izlədi – Polşa Rumıniyanı Azərbaycanın gününə saldı

3.10.2026 12:26 45
Dünya futbolu
Dünən gecə Millətlər Liqasında növbəti oyunlar keçirilib.

B liqasının 3-cü qrupunda yer alan Polşa yığması Varşavada Rumıniyanı darmadağın edib – 6:0!

Robert Levandovskinin het-trik etdiyi oyunda “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç əvvəldən axıra qədər ehtiyatda qalıb. Onun mövqeyində “Renn”in şərəfini qoruyan Pşemıslav Frankovski çıxış edib.

6:0 kimi ekzotik hesab Polşa yığması üçün yad deyil. Məsələn, 2005-ci il martın 26-da Azərbaycanı 8:0, 2007-ci il martın 24-də isə 5:0 hesabıyla məğlub ediblər...