Yankoviç oynadı, Kuç izlədi - Çexiya sınağı

6.09.2025 12:37 15
Ölkə futbolu
DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.

"Football-plus.az" xəbər verir ki, L qrupunda yer alan Monteneqro millisi öz meydanında Çexiyanı qəbul edib.

“Qarabağ”dan Monteneqro yığmasına dəvət alan Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi 70-ci dəqiqədə “Yuventus”lu Vasilije Adziçlə əvəzlənib.

Monteneqro yığmasına dəvət alan “Neftçi”nin üzvü Edvin Kuç isə qarşılaşmanı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

Görüş Çexiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 4-cü görüşdə ikinci məğlubiyyətini alan Monteneqro 6 xalla qrupda üçüncü sıradadı. 5 matçdan sonra 12 xalı olan Çexiya isə qrup lideridi.