Marko Yankoviç 11 min ermənini susdurdu – qədim Azərbaycan şəhərində!

29.09.2026 01:10 63
Aktual / Ölkə futbolu
Millətlər Liqasının bir qədər əvvəl başa çatan oyunları Azərbaycanda çıxış edən əcnəbi futbolçular üçün də əlamətdar olub. Məsələn, Bosniya və Hersoqovina ilə oyunda ona şans verilməməsindən gileylənən Timoteuş Puxaç ikiillik fasilədən sonra Polşa yığmasının heyətində görünüb. “Sabah”ın müdafiəçisi 15 nömrəli forma altında müdafiənin yox, yarımmüdafiənin sol cinahında oynayıb. Start heyətində yer alan Puxaç 65-ci dəqiqədə əvəzlənib. Buna qədər 2:1 öndə olan İsveç yığması sonda daha bir qol vurmaqla Polşa üzərində 3:1 hesablı qələbə qazanıb. Puxaç 35-ci dəqiqədə sari vərəqə ilə də cəzalanıb.
Marko Yankoviç üçün qədim Azərbaycan şəhəri İrəvana səfər uğurlu olub. Ermənistan yığmasının qonağı olan Monteneqro 89-cu dəqiqədə vurduğu qolla 3:2 hesablı qələbə qazanıb. “Qarabağ”ın yarımmüdafiəçi 11400 erməninin izlədiyi oyunda əvvəldən axıra qədər meydanda olub və statistika-analitika portallarından ən yüksək qiymət alıb.