Oktyabrın 3-də keçirilən “Turan Tovuz” – “Fənərbaxça” oyununun gözəl yönləri çox oldu. Amma təəssüf ki, gözlənilməz, sürpriz məqamlar da var idi. Qonaq futbolçuların aşırı sərt oyunu, Genduzinin komandanı meydandan çıxarmağa çalışması, himn səslənərkən “Turan Tovuz” futbolçularının isinmə hərəkətləri etməsi və s.
Bəs bütün bunlar kimin günahı üzündən oldu? “Fənərbaxça”nın ölkəmizdəki fanklublarından “GFB Azərbaycan”nın rəhbəri Həbib Zahidli ilə əlaqə saxladıq:
“Bu suala cavab verəcək şəxs mən və biz deyilik, biz azarkeş olaraq, öz işimizi görüb, komandamızı dəstəkləyib, evimizə-eşiyimizə getmişik”.
İSRAYIL XEYRULLAYEV