“Turan Tovuz” - “Fənərbaxça” oyununun fiziki biletləri satışdadı

2.10.2026 15:22 36
Ölkə futbolu
“Turan Tovuz”un “Fənərbaxça” ilə keçirəcəyi qarşılaşmanın fiziki biletlərinin satışına başlanılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər biletləri bu gün saat 18.00-dək, oktyabrın 3-də isə görüşün startınadək Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

“Turan Tovuz” - “Fənərbaxça” oyunu sabah keçiriləcək. Qarşılaşma saat 20.00-da başlayacaq.