Ronaldo Madriddə vida matçı keçirə bilər

8.01.2026 20:24 4
Dünya futbolu
Kriştiano Ronaldo “Santyaqo Bernabeu”da vida matçı keçirə bilər.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Defansa Central” nəşri məlumat yayıb.

“Əl-Nəssr”in və Potuqaliya yığmasının 40 yaşlı hücumçusu peşəkar karyerasını başa vurandan sonra vida matçında iştirak etmək üçün Madridə qayıda bilər. Hazırda bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdu. Lakin tarixin ən böyük futbolçularından biri ilə vida mərasimini təşkil etmək üçün maraqlı tərəflər arasında mümkün tədbirin formatları artıq müzakirə olunur.

Variantlardan biri Madriddə “Real” ilə “Əl-Nəssr” arasında yoldaşlıq oyununun təşkilidi. Bu ssenaridə Ronaldo hər komandada bir hissə oynaya bilər. Oxşar formatdan Raul Qonsalesin vida matçında da istifadə olunmuşdu.

Həmçinin “Sportinq”lə bağlı alternativ bir ideya da nəzərdən keçirilir. Bu halda, Kriştiano peşəkar karyerasına başladığı klubda və futbolçu karyerasının ən uğurlu mərhələsini keçirdiyi “Real”da oynamaq imkanı əldə edəcək.

Kriştiano 2002-03-cü illərdə “Sportinq”in, 2003-09-cu və 2021-22-ci illərdə “Mançester Yunayted”in, 2009-18-ci illərdə “Real”ın, 2018-21-ci illərdə isə “Yuventus”un formasını geyib. Onun “Əl-Nəssr”lə 2022-ci ilin dekabrında müqavilə imzaladığını da xatırladaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul