Tibo Kurtua “Real”da daha uzun müddət çıxış edəcək.
İspaniya klubu onunla müqaviləsini yeniləməyə yaxındı. İnsayder Nikola Skiranın verdiyi məlumata görə, Kurtua və Madrid klubu müqavilənin müddətini 2027-ci ilin iyununa qədər uzatmaqla bağlı razılıq əldə ediblər. Belçikalı qapıçının “Real”la hazırkı müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədərdi.
Kurtua bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 45 oyun keçirib, 54 qol buraxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb. 33 yaşlı qapıçı komandada 2018-ci ildən çıxış edir.