Almaniya yığması qarşıdakı oyunlarda Camal Musialadan yararlana bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi milli komandanın düşərgəsini tərk edib.
Yerli futbol qurumunun yaydığı xəbərə görə, gənc futbolçu sol bud nahiyəsindən zədə alıb. Musiala bu səbəbdən yığmanın bu ay keçirəcəyi yoldaşlıq oyunlarında iştirak etməyəcək.
Bundestim martın 25-də Peru, 28-də isə Belçika ilə yoxlama görüşündə qarşılaşacaq.