"Qarabağ"ın oyununun biletləri satışa çıxır

27.11.2025 15:13 12
Ölkə futbolu
"Qarabağ"ın Misli premyer-liqasının 13-cü turu çərçivəsində "Karvan-Yevlax" ilə keçirəcəyi oyunun biletləri satışa çıxır.

"Football-plus.az" xəbər verir ki, biletlər sabah saat 12.00-dan etibarən satışda olacaq.

Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir. Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.