“Sabah” - “Slaviya” matçının biletləri satışa çıxarıldı

1.10.2026 17:27 36
Avrokuboklar
“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi ilk ev oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bilet qiymətləri 10, 15, 50, 75 və 100 manatdır.

Bakı təmsilçisi oktyabrın 13-də Bakı Olimpiya Stadionunda Praqa “Slaviya”sı ilə qarşılaşacaq. Görüş saat 20.45-də başlayacaq.

Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.