“Qarabağ” biletləri satışa çıxardı

26.08.2023 11:34 240
Premyer-liqa
Misli pemyer-liqasının 4-cü turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasının biletləri iticket.az-da satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün və sabah iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.