Statistik məqamlar və rekordlar hər zaman futbola ayrı bir gözəllik qatır.
İngiltərədə tarix yazdıqdan sonra sürpriz şəkildə ''Trabzonspor''a gələn və Türkiyə karyerası gözləniləndən də uğurlu başlayan Məhəmməd Salahla bağlı da çox maraqlı bir statistik detal var. Belə ki, misirli ulduz indiyə qədər karyerası ərzində 9-cu dəqiqədən başqa 1-dən 90-cı dəqiqəyə qədər oyunun bütün anlarında qol vurub!
34 yaşlı futbolçu ''Trabzonspor''un heyətində bu maraqlı göstəriciyə nail olmaq arzusundadı. Salah bunu bacarsa, Kriştiano Ronaldo, Robert Levandovski, Zlatan İbrahimoviç və Luis Suareslə eyni siyahıda yer alacaq. Futbol tarixində yalnız bu 4 futbolçu hər dəqiqədə qol vurmağa müvəffəq olub.
Maraq üçün bildirək ki, tarixin ən yaxşı oyunçusu kimi qəbul edilən ''Qızıl top''un 8 qat qalibi Lionel Messi peşəkar karyerasında yalnız 1-ci dəqiqədə qol vura bilməyib.
Salahın indiyə qədər ''Trabzonspor''da 8 rəsmi oyuna 7 qol vurduğunu bildirək.
Salah ''Trabzonspor''da bu maraqlı göstəriciyə nail ola bilər
Dünya futbolu





