Vallah, oğlum Yadullanın müsibəti heç belə olmamışdı... – Salah, sən nə etdin?!

20.09.2026 00:23 36
Dünya futbolu
Türkiyə çempionatının bu gün keçirilən və Bakı vaxtı ilə 23.00 radələrində başa çatan “Trabzonspor” – “Qalatasaray” oyununda inanılmaz nəticə qeydə alınıb.

Bəli-bəli, buna qədər keçirdiyi 5 oyunun heç birində uduzmayan İstanbul nəhəngi “Qaradəniz fırtınası”nda qərq olub – 0:4!

"Football-plus.az"ın məlumatına görə, “Trabzonspor”un misirli ulduzu Məhəmməd Salah het-trik edib, üstəlik Saviloloya da məhsuldar ötürmə verib. “Qalatasaray”ın fransalı müdafiəçisi Lesli Uqoçukvu 87-ci dəqiqədə meydandan qovulub. Düzdü, buna qədər artıq oyunun taleyi həll olunmuşdu, hesab 0:4 idi.

“Cim-Bom” 6-cı turdan sonra da 13 xalla liderdi. Bir oyun az keçirən “Beşiktaş” 12 xalla 2-ci pillədə qərarlaşıb.