Türkiyə çempionatının 6-cı turunda tarixi bir nəticə qeydə alındı. Adətən Viktor Osimhensiz problemlər yaşayan ''Qalatasaray''ın Trabzonda işinin asan olmayacağı bəlli idi. Amma komandanın pərən-pərən düşəcəyini və Okan Burukun dönəmində Türkiyə çempionatı çərçivəsində ən ağır məğlubiyyətini yaşayacağını az adam proqnozlaşdırardı.
"Football-plus.az" xəbər verir ki, oyun Məhəmməd Salahın benefisinə çevrildi. ''Trabzonspor''un 4:0 qalib gəldiyi görüşdə misirli superulduz hər 4 qolda yaxından iştirak etdi. Son 4 ilin çempionunun müdafiə xəttini tar-mar eden təcrübəli futbolçu oyunu 3 qol, 1 məhsuldar ötürmə ilə tamamladı.
Təkcə bir faktı vurğulayaq ki, buna qədər ''Trabzonspor'' tarixində superliqada ''Qalatasaray''a qarşı ev oyununda het-trik edən futbolçu olmamışdı! 2014-dən bu yana ümumiyyətlə bu turnirdə ''Cim-Bom''a qarşı bir matçda 4 məhsuldar hərəkətlə fərqlənən futbolçu olmamışdı. Özü də bu, Tomas Raysın ''Trabzonspor''un başında debüt oyunu idi. Klub tarixində daha öncə əcnəbilərdən debüt oyununda 4 top fərqli qələbəni yalnız bir məşqçi qazanmışdı. Bunu 1992-də Jorj Leekens bacarmışdı (''Sarıyer''ə qarşı 4:0).
Onu da bildirək ki, ''Trabzonspor'' tarixində cəmi ikinci dəfə superliqada ''Qalatasaray''ı 4 top fərqi ilə yendi. İlk belə qələbə 2018-də qeydə alınmışdı (4:0).
''Qalatasaray'' bu mövsüm superliqada ilk məğlubiyyətlə üzləşdi və ''Beşiktaş'' qalib gələcəyi təqdirdə liderliyi əldən verəcək.
''Trabzonspor'' və Salah ''Qalatasaray''ı dağıtdı!
Dünya futbolu





