Stadionlar tamaşaçı tutumu və görkəmləri ilə həmişə izləyicilərin diqqətini cəlb edirlər. Dünyada bir çox belə arena var.
"Football-plus.az" xəbər verir ki, indiyədək inşa edilmiş ən çox tamaşaçı tutumuna malik stadion Şimali Koreyanın Pxenyan şəhərindəki “Runqrado 1 May”dı. Bu arena 114 min yerlikdi. Amma “Runqrado 1 May” bugünlərdə layihəsi açıqlanan idman qurğusu ilə müqayisəyə belə gəlmir.
ABŞ-dan olan bir heykəltəraş inşası mümkün olmayan bir stadion dizayn edib. Pol Pleyferin beyin məhsulu olan arenanın tutumu 1 milyon (!) yerlikdi. Bu stadion böyük ehtimalla elə layihə kimi də qalacaq.