İtaliya A seriyasında avqust-sentyabr aylarının ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyada Doniyell Malen qalib gəlib.
"Football-plus.az" xəbər verir ki, “Roma”nın niderlandlı hücumçusu çempionatın ilk 5 turunda 6 qol vurub. O, “Fiorentina” ilə matçda het-trik, “Leççe”yə qarşı oyunda dubl edib, “Torino”nun qapısına isə 1 qol vurub. Doniyell hazırda A seriyasında bombardirlərin siyahısına başçılıq edir.
“Roma” 5 turdan sonra 13 xalla “İnter” və “Latsio” ilə birlikdə A seriyasının turnir cədvəlinə şərikli başçılıq edir. Paytaxt təmsilçisi çempionatdakı növbəti oyununu oktyabrın 11-də səfərdə “Komo”ya qarşı keçirəcək.
İki ayın ən yaxşı oyunçusu seçildi
Dünya futbolu






