“İnter”də ayın ən yaxşı oyunçusu seçildi

9.05.2024 15:00 177
Dünya futbolu
“İnter”də aprelin ən yaxşı oyunçusu müəyyənləşib.

İtaliya klubunun rəsmi saytının xəbərinə görə, bu nominasiyanın qalibi Hakan Çalhanoğlu olub. Türkiyəli yarımmüdafiəçi apreldə A seriyasında meydana çıxdığı 5 matçda 4 qol vurub.

Çalhanoğlu Milan klubunda 2021-ci ilin iyulundan çıxış edir. O, bu mövsüm komandada keçirdiyi 38 oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.