İtaliya çempionatında fevralın ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyada Paulo Dibala qalib gəlib. “Roma”nın hücumçusu digər namizədləri - Teun Koopmeyners (Atalanta), Rafael Leao (Milan), Rikkardo Orsolini (Bolonya), Markus Türam (İnter) və Duşan Vlahoviçi (Yuventus) arxada qoyub.
Dibala fevralda A seriyasında meydana çıxdığı 3 matçda 5 qol vurmuşdu. 30 yaşlı forvard bu liqanın cari mövsümündə 20 oyuna 12 qol vurub.