A seriyasında növbəti təxirəsalma

24.04.2025 21:58 5
Dünya futbolu
İtaliya çemionatında növbəti təxirəsalma qaçılmaz olub.

A seriyasının 34-cü turunun şənbə günü keçirilməli olan 3 oyunu Roma Papası Fransiskin dəfn mərasiminə görə qeyri-müəyyən müddətə ertələnib. Bu haqda İtaliyanın mülki müdafiə və dəniz siyasəti üzrə portfeli olmayan naziri Nello Musumeci bildiib.

“Komo” – “Cenoa”, “İnter” – “Roma” və “Latsio” – “Parma” oyunlarının yeni tarixini hələ müəyyənləşməyib.

Qeyd edək ki, daha əvvəl A seriyasında 33-cü turun “Udineze” – “Torino”, “Kalyari” – “Fiorentina”, “Cenoa” – “Latsio” və “Parma” – “Yuventus” matçları aprelin 21-dən 23-nə təxirə salınmışdı.