“Fənərbaxça” “Turan Tovuz”la oyundan əvvəl bu çatışmazlığı aradan qaldırdı – tort kimin üçün kəsildi?

2.10.2026 21:06 495
Ölkə futbolu / Manşet
Sabah yoldaşlıq oyununda “Turan Tovuz”la qarşılaşacaq “Fənərbaxça” bu gün Bakıya gələcək.

“Football-plus.az” İstanbul nəhənginin rəsmi saytına istinadla xəbər verir ki, “sarı-lacivərdlilər” dünən axşam saatlarında növbəti məşqə çıxıb. Məşqdə yalnız milli komandalarda çıxış edən futbolçular iştirak etməyib. Komanda bu məşqdə daha çox ötürmələrin dəqiqliyi ilə bağlı çalışmalar edib. Ardından iki qrupa bölünən oyunçular aldatma fəndlərini təkmilləşdirməyə çalışıb. Həmçinin 2 futbolçunun 5 futbolçudan top alması ilə bağlı məşqlərə üstünlük verilib.

Məşq zamanı həm də oktyabrın 1-də ad günü olan Meyson Qrinvuda sürpriz edilib. Tort kəsilib, komanda yoldaşları ona təbriklərini çatdırıb.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20.00-da başlyacaq.

KƏNAN BAHADIR