Xəbər verdiyimiz kimi, “Turan Tovuz”la “Fənərbaxça” oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Artıq bu komandaların dueli üçün 1 saat ərzində 5872 bilet satıldığı açıqlanıb.
Yaxın günlərdə bütün biletlərin sahibini tapacağı gözlənilir. Heç şübhəsiz, stadiona təşrif buyuracaq futbosevərlərin əksəriyyəti İstanbul nəhənginin aparıcı futbolçularını izləmək istəyəcək. İş ondadı ki, matç milli komandaların oyunları ilə bağlı yaranan fasilədə keçiriləcək. Bəs, “sarı-lacivərdlilər”in hansı oyunçuları yığmaların düşərgəsində olacaq?
“Football-plus.az” “Fənərbaxça”nın rəsmi saytına istinadla xəbər verir ki, komnadanın 13 üzvü müxtəlif millilərə dəvət alıb. İsmayıl Yüksək, İrfan Can Kahveci, Kərəm Aktürkoğlu, Oğuz Aydın, Bartuğ Yılmaz Türkiyə yığmasına çağrılıb. Nathan Ake Niderland, Milan Şkrinyar Slovakiya, Romelu Lukaku Belçika, Vedat Muriqi Kosova, Dorgeles Nene Mali, Koco Opponq isə Qana millisində forma geyəcək. Bununla yanaşı, Yığıt Efe Dəmir Türkiyənin, Oqnen Mimoviç Serbiyanın U-21 millisinə dəvət alıb.
İstanbul təmsilçinin yığmalarda forma geyməyəcək futbolçuları isə bunlardı: qapıçılar – Ederson, Tarık Çətin, Mərt Günok; müdafiəçilər – Ceyden Ostervolde (zədəlidi, yaşıl meydana dekabrda qayıdacağı gözlənilir), Arçi Bravn, Ləvənt Mərcan, Mərt Müldür (zədəlidi, yaşıl meydana noyabrda qayıdacağı gözlənilir), Nelson Semedo, Nqolo Kante; yarımmüdafiəçilər – Matteo Genduzi, Abdu Aziz Fall, Marko Asensio, Mərt Hakan Yandaş, Amara Diuf (zədəlidi, yaşıl meydana qayıdış vaxtı açıqlanmayıb), Meyson Qrinvud.
Göründüyü kimi, “Fənərbaxça”nın 15 futbolçusu milli komandalara çağrılmayıb. Sadəcə, onlardan üçü qapıçı, üçü isə zədəlidi. Böyük ehtimalla, “sarı-göylər” “Tofiq Bəhramov”da meydana həm də akademiyasının bəzi yetirmələrini buraxacaq.
İstənilən halda, bu matça stadiondan şahidlik etmək vacibdi. Azı ona görə ki, əldə olunacaq gəlir xeyriyyə fondlarına köçürüləcək.
KƏNAN BAHADIR
“Fənərbaxça”nın ulduzları milli komandalarda: bəs “Tofiq Bəhramov”da kim oynayacaq? – ARAŞDIRMA
Ölkə futbolu / Manşet






